Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.
Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.