...

İş və istirahət günlərinin yerləri dəyişdirildi - QƏRAR

Cəmiyyət Materials 18 Oktyabr 2022 18:34 (UTC +04:00)

Bakı. Trend:

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istrahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 6 noyabr bazar günü, 8 noyabr Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günüdür. Beləliklə, ardıcıl olaraq 4 gün - 6,7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti