...

Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşıda duran hədəflərdəndir - Nazir

Cəmiyyət Materials 4 Noyabr 2022 17:19 (UTC +04:00)
Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşıda duran hədəflərdəndir - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşımızda duran hədəflərdəndir. Artıq növbəti ilin dövlət büdcəsində buna nail olacağıq. Bunun ardıcıl təmin olunması üçün qanunvericilik məsələsini də həll edəcəyik. Müvafiq normativ hüquqi aktlar hazırlanacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bugünkü birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, ehtiyac meyarı anlayışı tədricən dövriyyədən çıxarılacaq və fəaliyyət yaşayış minimumu üzərindən qurulacaq.

“Minimum pensiya məbləğinin artırılmasına gəlincə, bu, həyata keçirilən çoxşaxəli islahat planının tərkib hissəsidir. 2019-cu ildə minimum pensiya məbləği 160 manat idisə, bu gün həmin rəqəm 240 manatdır. Lakin bu məbləğ yeni pensiya alanlar üçündür. Birmənalı olaraq demək istəyirəm ki, minimum pensiya məbləğinin artırılması daimi gündəlikdədir. Bu istiqamətdə ətraflı araşdırmalar aparılır, təkliflər hazırlanır”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti