...

Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2022 19:45 (UTC +04:00)
Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Pakistandakı səfirliyində ölkəmizin milli mətbəxinin nümunələri təqdim olunub. Tədbirdə Pakistandakı xarici ölkələrin səfirlərinin həyat yoldaşları, diplomatlar, eləcə də pakistanlılar iştirak ediblər.

Səfirlikdən bu gün Trend-ə bildirilib ki, ölkəmizin Pakistandakı səfirinin həyat yoldaşı Təranə Fərhadova tədbirdə çıxış edərək Azərbaycanın hər bir bölgəsinin özünəməxsus təamlarının olduğunu qeyd edib və ölkəmizin qədim və zəngin mətbəxinin nümunələri, eləcə də onların hazırlanması qaydaları barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

Daha sonra qonaqlar Səfirlik tərəfindən hazırlanmış plov, dolma, Şuşa qəlyası, toyuq ləvəngi, qutab, dovğa, manqal salatı habelə Qarabağ kətəsi, Naxçıvan çöçəsi, Şamaxı mütəkkəsi, Quba bükməsi, paxlava, şəkərbura və şorqoğalı dadıblar.

Tədbirdə, həmçinin, milli mətbəximizin nümunələrindən olan dolmanın hazırlanması qaydaları iştirakçılara göstərilib.

Təqdim olunmuş yemək və şirniyyatlar qonaqlarda yüksək maraq və təəssürat yaradıb.

Tədbirdə həmçinin, ölkəmizin zəngin tarixi və mədəniyyətini, turizm potensialını əks etdirən çoxsaylı videoçarxlar da nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti