...

Xaçmazda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2022 14:22 (UTC +04:00)
Xaçmazda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib.

Tədbir iştirakçıları Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan və ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən ədliyyə orqanlarında işin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. İcra başçısı bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.

Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev insan hüquqlarının etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Çıxış edən digər yerli hüquq mühafizə orqanların rəhbərləri ədliyyə işçilərini təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonda bir qrup ədliyyə işçisinə fəxri fərmanlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti