...

Energetika naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 2 Dekabr 2022 11:38 (UTC +04:00)
Energetika naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Dekabrın 23-də energetika naziri Pərviz Şahbazov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti

Xəbər lenti