...

İlahiyyat İnstitutunda YAP-ın 30 illik yubileyi münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2022 11:17 (UTC +04:00)
İlahiyyat İnstitutunda YAP-ın 30 illik yubileyi münasibətilə tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, “M.Naxçıvani küç. 29” (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov, ərazi üzrə partiya təşkilatının üzvləri, İnstitutun rəhbər heyəti, əməkdaşları, müəllim və tələbələri iştirak edib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, “M.Naxçıvani küç. 29” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə təbrikini bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əmanəti olan Yeni Azərbaycan Partiyasını layiqincə qorumalı, ona sahib çıxmalıyıq.

Ali təhsil müəssisəsinin rəhbəri 44 günlük Vətən müharibəsində zəfərimizə diqqət çəkərək bildirib ki, Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi torpaqlarımızı azad etdi. A.Şirinov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev üç cəbhədə – həm hərbi, həm xarici, həm də informasiya cəbhəsində qalib gəldi. Diqqətə çatdırıb ki, qısa müddətdə güclü ordunun yaradılması, müasir hərbi texnika və silahlarla təmin olunması Böyük Qələbəyə aparan yolda mühüm amilə çevrildi. Eyni zamanda, cənab Ali Baş Komandanın xarici dövlətlərin televiziya kanallarına verdiyi müsahibələrlə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırması hər iki cəbhədə qalibiyyətimizin təminatçısı oldu.

Aİİ rektoru tələbələrə tövsiyələrini qeyd edərkən bildirib ki, hər birimiz dövlətimizin mənəvi sərhədlərinin qorunmasını təmin etməliyik. Xarici qüvvələrin xalqımızın birliyini, dövlətimizin suverenliyini təhlükə altına atmasına imkan verməməliyik.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmçinin, 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətimizin avanqardı rolunda çıxış edir. Birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 30 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının və bu kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut edir. B.Nəbiyev çıxışının sonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə partiyamıza üzv olan bütün əməkdaşları təbrik edib.

Sonda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti və ərazi partiya təşkilatında ictimai-siyasi fəaliyyətlərinə görə İnstitut əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti