...

Ölkədəki avtomobillərin 70 faizdən artığı Bakıda hərəkət edir - BDYPİ

Gündəm Materials 6 Dekabr 2022 11:39 (UTC +04:00)
Ölkədəki avtomobillərin 70 faizdən artığı Bakıda hərəkət edir - BDYPİ

Bakı. Trend:

Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 70 faizdən artığı Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu xüsusi avtobus zolaqları ilə bağlı bugünkü mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, qayda pozuntularının daha çoxu səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır: “Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi - nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti