...

Türk Ağsaqqalları Birliyinin üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

Cəmiyyət Materials 11 Dekabr 2022 17:57 (UTC +04:00)
Türk Ağsaqqalları Birliyinin üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

Bakı. Trend:

Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) üzvləri ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Bu barədə Trend-ə TAİB-dən məlumat verilib. Bildirilib ki, TAİB təmsilçiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Təşkilat üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı önünə tər güllər düzüblər.

TAİB-in sədri Sudeif İmamverdiyev mətbuata müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyindəki xilaskarlıq missiyasından danışıb, Ulu Öndərin ölkəmizin keşməkeşli dövründə xalqımızı böyük fəlakətlərdən xilas etdiyini deyib. Vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və onun xatirəsini daim uca tutacaq.

Ziyarətdə TAİB Gənclər Təşkilatı ilə əməkdaşlıq edən “Ədəbi Birlik” Gənclər Təşkilatının fəalları da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti