...

Hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlar təxirə salınıb

Cəmiyyət Materials 18 Dekabr 2022 11:33 (UTC +04:00)
Hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlar təxirə salınıb

Bakı. Trend:

Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti