Bakı. Trend:
Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4°
isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə
sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 %
olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz
keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə
10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.