...

Mədəniyyət naziri Xalq rəssamı Ömər Eldarovla görüşüb

Cəmiyyət Materials 22 Dekabr 2022 00:25 (UTC +04:00)
Mədəniyyət naziri Xalq rəssamı Ömər Eldarovla görüşüb

Bakı. Trend:

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti