Bakı. Trend:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və Sənədli filmlər studiyası 44 günlük Vətən müharibəsində həkimlərimizin fədakarlıqlarından bəhs edən film ərsəyə gətirib.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Xidmətinin həkimlərinin ikinci Vətən müharibəsi zamanı fəaliyyətlərini əks etdirən “Şəfalı xatirələr” sənədli filmi hazırlanıb.
Sənədli filmdə Vətən müharibəsi zamanı həkimlərimizin də əsgərlərimiz kimi ön cəbhədə döyüşündən bəhs edir. Onların qorxmaz, mərd şəkildə yaralı hərbçilərimizə kömək üçün can atması da kadrlarda öz əksini tapıb.
Filmin rejissoru və ssenarisi Rövşən Nicata məxsusdur. Quruluşçu
operator isə Elxan Rüstəmovdur.
“Şəfalı xatirələr” sənədli filmi 25 dekabr saat 17:00-da efirə
gedəcək.
Filmin anonsu: https://www.youtube.com/watch?v=dIJ1EpazDpI&ab_channel=%C4%B0CT%C4%B0MA%C4%B0TV