Bakı. Trend:
Son illər araşdırmalar nəticəsində 32 mindən artıq şəxsə artıq ödəmə müəyyən olunub.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artması istisna edilmir.
"2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa edilib",- deyə o əlavə edib.