...

Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr kənar olmalıdır - FHN

Cəmiyyət Materials 28 Dekabr 2022 12:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yanacaqdoldurma məntəqələrində bütün təhlükəsizlik qaydalarına əməl edilməsi mütləqdir.

Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neft-kimya və neftqaz emalı sənayesində işlərin təhlükəsiz görülməsində nəzarət müfəttişliyinin rəisi Eltun Həsənov jurnalistlərə keçirilən təlim zamanı deyib.

O bildirib ki, yanacaqdoldurma məntəqələrinin mütləq müəyyən mühafizə zonası olmalıdır:

"Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalıdır. Lakin məsafələr yanacaqdoldurma məntəqəsinin sutkalıq xidmət göstərdiyi avtomobillərin sayından asılı olaraq dəyişə bilər".

E.Həsənov qeyd edib ki, yanacaqdoldurma məntəqələrinin operatorlarına xüsusi kurslar keçirilir: " Hadisə olan zaman ilkin olaraq müdaxiləni yanacaqdoldurma məntəqələrində çalışan operatorlar etməlidir. Bundan başqa yanacaqdoldurma məntəqələrində məlumat lövhələri yerləşdirilməli, təhlükəli hallar izah edilməlidir".

Xəbər lenti

Xəbər lenti