...

Aksiya iştirakçıları Prezident İlham Əliyevin xalqa müraciətini izləyiblər (FOTO)

Cəmiyyət Materials 1 Yanvar 2023 00:04 (UTC +04:00)
Aksiya iştirakçıları Prezident İlham Əliyevin xalqa müraciətini izləyiblər (FOTO)

Şuşa. Trend:

Yeni ili Xankəndi-Laçın yolunda keçirən aksiya iştirakçıları Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətini izləyiblər.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb. Bu monitor vasitəsilə aksiya işitrakçıları Prezident İlham Əliyevin xalqa müraciətini izləyiblər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 20 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti