...

Bayram günlərində polisin çevik müdaxiləsilə 176 faktın hadisəyə çevrilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 2 Yanvar 2023 12:17 (UTC +04:00)
Bayram günlərində polisin çevik müdaxiləsilə 176 faktın hadisəyə çevrilməsinin qarşısı alınıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Respublikamızda bayram günlərində - 31 dekabr və 1 yanvar tarixlərində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.

DİN-dən Trend-ə bildirilib ki, vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktların hadisəyə çevrilməsinin qarşısı alınıb. Əsasən, sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.

Qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlarımıza minnətdarlıq edirik. Daxili İşlər orqanlarının əməkdaşları fasiləsiz xidmətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti