...

Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI (FOTO)

Cəmiyyət Materials 2 Yanvar 2023 20:38 (UTC +04:00)
Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI (FOTO)

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq və illik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, dekabrın 1-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 305 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

2 263.07 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunda əlavə, ötən il ərzində (yanvar-dekabr) aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti