...

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə çatdırılıb

Cəmiyyət Materials 9 Yanvar 2023 12:50 (UTC +04:00)
Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini
yaşadıqları yerlərə apararaq təqdim edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələrini ünvanlarına apararaq təqdim edib.

Onlara ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar
verilib.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti