...

Qarlı havada 50 nəfər sığınacağa yerləşdirilib

Cəmiyyət Materials 11 Yanvar 2023 12:19 (UTC +04:00)
Qarlı havada 50 nəfər sığınacağa yerləşdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi”nə 2023-cü ilin əvvəlindən bu günədək 4 nəfər müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən bildiriblər.

Bildirilib ki, hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir.

"Müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur.

Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3 (üç) dəfə yemək, 2 (iki) dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.

Bundan əlavə, ötən günlərdə çətin həyat şəraitində yaşayan 2 vətəndaşımız Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vətəndaşlar həmin xəstəxanadadırlar və ailənin vəziyyəti diqqətdə saxlanacaq. - deyə qurumdan bildirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti