Bakı. Trend:
Bakı şəhər, Yasamal rayonu, “Azərbaycanfilm” kinostudiyasının qarşısındakı dayanacaqda piyadaların hərəkət etməsi üçün səki yoxdur.
Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Vətəndaşlar bildirib ki, nəticədə piyadalar məcbur olub dayanacaq pavilyonunun arxası ilə getməli olurlar.
"Yağıntılı günlərdə həmin torpaq yol palçıqlı olur və hərəkət etmək çətinləşir", - deyə izləyicilər qeyd edib.