...

Bələdiyyələrlə bağlı təcili islahatlar aparılmalıdır - Kamran Bayramov

Cəmiyyət Materials 19 Yanvar 2023 12:28 (UTC +04:00)
Bələdiyyələrlə bağlı təcili islahatlar aparılmalıdır - Kamran Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyələrin fəaliyyəti qənaətbəxş deyil, ürəkaçan deyil, demək olar ki, fəlakətə gedir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

O qeyd edib ki, bələdiyyələrin cəmiyyətdə nüfuzu yüksək deyil, maliyyə imkanları məhduddur. Deputat bildirib ki, bələdiyyələrlə bağlı təcili islahatların aparılmasına ehtiyac var. “Bələdiyyə sahəsi islahat tələb edən sahədir. Ölkəmiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız artır, idaəretmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də o formada davam edir. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Ona görə də bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1 606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 80 %-i məhz kənd bələdiyyəsidir. Onlar da ən zəif səmərə göstərənlərdir. Onlar özünü güc-bəla ilə saxlayan qurumlardır. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. Bu da qəbuledilməzdir.

Hətta bələdiyyə iclasları belə keçirilmir. Qərar qəbul edilir, sənəd göndərilir bələdiyyə üzvlərinə, onlar da imzalayır. Bu cür olmaz, bələdiyyələrdə iclas keçirmə mədəniyyəti formalaşdırılmalıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti