Bakı. Trend:
19 yanvarda iş gününün müddəti 1 saat qısaldılıb.
Bu barədə Trend-ə Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
“Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, 20 Yanvar Azərbaycanda Ümumxalq hüzn günüdür.