...

DSX həqiqi hərbi xidmətə qəbul elan edir

Cəmiyyət Materials 25 Yanvar 2023 10:41 (UTC +04:00)
DSX həqiqi hərbi xidmətə qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edir.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün :

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Xəbər lenti

Xəbər lenti