...

Ötən il ölkədə intihar hallarının sayı azalıb

Cəmiyyət Materials 27 Yanvar 2023 10:18 (UTC +04:00)
Ötən il ölkədə intihar hallarının sayı azalıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı Trend:

Ötən il ölkədə intihar hallarının sayı azalıb.

Trend-in məlumatına görə, bunu bu gün baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur:

"Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işi məhkəməyə göndərilib.

Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlər diqqət mərkəzində saxlanması önəmidir", - Baş prokuror deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti