Bakı. Trend:
Fevralın 1-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.