...

Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

Cəmiyyət Materials 1 Fevral 2023 22:20 (UTC +04:00)
Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

Bakı. Trend:

2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, bu gün Azərbaycan gəncləri öz əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə, vətən sevgisinə görə dünya gəncliyinə nümunə təşkil edir.

Trend-in məlumatına görə, bununla bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də, dövlətimizin başçısı İlham Əliyev də hər zaman Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə, qəhrəmanlıq potensialına inanıb, bunu çıxışlarında dönə-dönə vurğulayıblar. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin necə böyük iradə və əzmə, cəsarət və fədakarlığa malik olduğunu təsdiqlədi. Azərbaycan gəncliyi Vətən müharibəsindəki qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi.

Gənclərimizin mübarizə əzmini, vətənə sevgisi və bağlılığını alqışladığını vurğulayan polkovnik deyib: “Bu gün biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə geniş iş aparır, nəsillər arasında sağlam mənəvi bağlılığın formalaşmasına xüsusi diqqət yetiririk. Təşkilatımızın sıraları gənc veteranlar hesabına sürətlə genişlənməkdədir. Orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər keçirir, onların milli tariximizə, soykökümüzə, zəngin mənəvi dəyərlərimizə bağlı şəkildə inkişafına xüsusi diqqət göstəririk.

İnanıram ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar, əsl Vətən sevgisi nümayiş etdirən gənclərimiz bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, respublikamızın inkişafına, onun gücünün və nüfuzunun daha da yüksəlməsinə töhfəsini bundan sonra da verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti