...

Anar Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 3 Fevral 2023 10:13 (UTC +04:00)
Anar Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov fevralın 14-də Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 3-9 fevral tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti