...

FHN-in xilasediciləri Türkiyədə belə xidmət aparır - Trend-in görüntüləri (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2023 19:06 (UTC +04:00)
FHN-in xilasediciləri Türkiyədə belə xidmət aparır - Trend-in görüntüləri (FOTO/VİDEO)

Bakı. Trend:

Ötən gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş verib.

Trend xəbər verir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş əyalətlərində ciddi dağıntılar var.

Son məlumatlara görə, zəlzələ nəticəsində 3 549 nəfər həyatını itirib, 22 168 nəfər yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Trend zəlzələ baş verən yerlərdən özəl görüntüləri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti