...

Hərbçimiz qar uçqununda həlak olub - Rəsmi

Cəmiyyət Materials 10 Fevral 2023 12:06 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusunun qar uçqununda həlak olması təsdiqlənib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib.

Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti