...

Fevralın 26-da “Xətai” metrostansiyası necə işləyəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 24 Fevral 2023 14:42 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 26-da Bakı Metropoliteninin “Xətai” stansiyası adi iş rejimində fəaliyyət göstərəcək.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə saxlanılacaq.

Qeyd edək ki, fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə vətəndaşlar Bakının Xətai rayonunda yerləşən və Xocalı faciəsinə həsr olunan "Ana harayı" abidəsini ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti