Bakı. Trend:
Xaçmaz rayonunun Zəfər parkında birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz böyük təntənə ilə qeyd edilib.
Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
El şənliyində əvvəlcə Novruuzn ən gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb.
Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri,
uşaq bağçalarının körpə fidanları rəngarəng mahnılar və rəqslər ifa
ediblər.
Mərasimdə, həmçinin Bahar mövzusunda rəsm əsərləri, xalq
sənətkarlığı nümunələri nümayiş etdirilib.
İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri sakinlərə xoş ovqat bəxş edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz
bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını
çatdırıb. Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının
xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram
olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi
gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və
insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə
yaşadıqlarını diqqətə çatdırıb.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib.