...

Azərbaycan “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılıb - ÜST

Cəmiyyət Materials 27 Mart 2023 13:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və Tacikistanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə ÜST-nin Avropa ofisinin "Twitter" hesabında qeyd edilib.

Bu nailiyyət davamlı siyasi sərmayə və səhiyyə işçi qüvvəsinin fədakarlığı, bütün malyariya hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoruna Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb.

Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub. Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat”ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-nin Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti