...

2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə balaca pasiyentlərə uşaq kitabları hədiyyə edilib

Cəmiyyət Materials 3 Aprel 2023 09:32 (UTC +04:00)

Bakı. Trend:

1 aprel 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalına müayinəyə gələn balaca pasiyentlərə 2 Aprel Beynəlxalq Uşaq Kitabı günü münasibətilə Azərbaycan və dünya ədəbiyyatından məşhur uşaq yazıçılarının kitabları hədiyyə edilib. Həkimlərimizin balaca pasiyentlərə kitablar təqdim etməsinin və onları sevindirməsinin əsas məqsədi uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, kitablara sevgi aşılamaqdır.

Bütün valideynlər uşaqlarının biliklərə, kitablara həvəsli olmasını istəyir. Hər bir dövrdə uşaqların təlim-tərbiyəsinin ən yaxşı göstəricilərindən biri mütaliə, kitablara sevgi olub. Uşağın inkişafında kitabın aparıcı rolunu nəzərə alaraq, valideynlər və müəllimlər qarşısında onlara kitabı sevməyi öyrətmək vəzifəsi durur. Uşaqkən oxunan kitabların təsiri çox güclü olur. Ona görə də şüurda və ya şüuraltı təsiri ömür boyu silinmir.

Qeyd edək ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis edilmiş 2 aprel tarixi məhz 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı gün ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti