...

Paytaxtdakı yolötürücülərindən birində nəqliyyatın hərəkəti sabahdan məhdudlaşdırılacaq

Cəmiyyət Materials 20 Aprel 2023 15:20 (UTC +04:00)
Paytaxtdakı yolötürücülərindən birində nəqliyyatın hərəkəti sabahdan məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə ("20 Yanvar" dairəsindən "Koroğlu" metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə aprelin 21-dən 22-nə keçən gecədən etibarən aprelin 23-ü saat 13:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti