...

Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 22 Aprel 2023 16:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 558 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

Ölkədə son sutka ərzində 833, hazırkı dövrədək isə 7 582 030 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti