...

Bakı Limanının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər (FOTO)

Cəmiyyət Materials 9 May 2023 13:24 (UTC +04:00)
Bakı Limanının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Bakı Limanının bir qrup əməkdaşı Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.

Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada şəkildə start götürən yürüş boyunca iştirakçılar, Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgədə gecələyib, relyef və iqlim şəraitinin sərt, mürəkkəb olmasına baxmayaraq zirvəyə uğurla qalxa biliblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti