...

Fiziki şəxslərə tibbi yardıma görə nağd ödəniş məhdudiyyəti qoyulur

Cəmiyyət Materials 19 May 2023 12:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcəklər.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirlərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb- yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti