...

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilir (FOTO)

Cəmiyyət Materials 24 May 2023 11:56 (UTC +04:00)
Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakə. Trend:

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir iştirak edib.

BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlarla əsaslı şəkildə yenidən qurulub.

Muzeydə 2 elektron məlumat lövhəsi tələbə, müəllim, eləcə də ictimaiyyət üzvlərinə xidmət üçün istifadədədir. Muzey bütün təhsil ocaqlarının şagird və tələbələrinə Ümummilli Lider Heydər Əliyev irsinin, dövlət başçısı və xadimi kimi fəaliyyətinin fotoşəkillər, nadir və qiymətli eksponatlarla öyrənilməsi üçün hər zaman açıqdır.

Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğinə növbəti töhfə olan BDU-nun Heydər Əliyev lektoriyası 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə təsis olunub. Lektoriya da tamamilə yeni insfrastrukturda, müasir konsepsiyaya uyğun şəkildə təmir olunub. Əvvəldən burada olmayan istilik-soyutma təchizatı, robot kameralar, ayrıca rəqəmsal idarəetmə mərkəzi lektoriyada keçirilən tədbirlərin, görüşlərin texniki cəhətdən ən yüksək səviyyədə təşkilinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti