...

Ortaq Türk Ədəbiyyatı və Ortaq Türk Əlifbası dərslikləri hazırlanacaq

Cəmiyyət Materials 30 May 2023 15:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda məktəblərdə tədris aparılması üçün Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır.

Trend-in məlumatına görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib.

O bildirib ki, Ortaq Türk Dünyasının əlifbası dərsliyi hazırlanacaq.

"Ortaq türk coğrafiyası dərsliyi isə artıq yekunlaşmaq üzrədir" - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti