...

AYNA əməkdaşlarının xidməti geyim forması təsdiqlənib

Cəmiyyət Materials 30 May 2023 18:20 (UTC +04:00)
AYNA əməkdaşlarının xidməti geyim forması təsdiqlənib

Trend-i buradan izləyin

Bakı. Trend:

Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası”nı təsdiq edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti geyimlərini daşımaq hüququ var.

Bu Qaydaya riayət etmək Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşları üçün məcburidir. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə tənzimlənir.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təchizatı hər il Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) hesabına təmin edilir. Agentliyin nəzarət funksiyasını həyata keçirən əməkdaşları şəxsi nömrə yazılmış fərqləndirmə döş nişanına (jetona) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jetonu) Agentliyin aparatına və ya regional idarəyə təhvil verməlidirlər.

Xəbər lenti

Xəbər lenti