...

Sürücülərə növbəti XƏBƏRDARLIQ: Yollarda görmə məsafəsi məhdudlaşacaq

Cəmiyyət Materials 8 İyun 2023 10:04 (UTC +04:00)
Sürücülərə növbəti XƏBƏRDARLIQ: Yollarda görmə məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir.

Trend xəbər verir ki, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yola çıxarkən diqqətli olmağa, xüsusilə sürücüləri yol və meteoroloji şəraiti nəzərə almağa, sürət həddini minimuma endirməyə, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti