Bakı. Trend:
Cari ilin iyun ayının 20-dən Heydər Əliyev Beynəlxalq
Aeroportunun 2-ci Terminalı “Buta Airways” və bir sıra xarici
aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa
edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, iyunun 20-də saat 00:00-dan etibarən
aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci Terminalına və
Terminalından növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:
• “Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi,
Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad,
Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
• “Israir Airlines” – Tel-Əviv;
• “Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalına və
Terminalından yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu
barədə əlavə məlumat veriləcək.
Sərnişinlərə uçuş zamanı maksimal rahatlığı təmin etmək üçün vacib
uçuş məlumatları ilə diqqətlə tanış olmaqları tövsiyə olunur.
Gediş/gəliş terminalı, gediş/gəliş tarixi və saatı, o cümlədən
digər uçuş detalları haqqında məlumatı yoxlamaq zəruridir.