Bakı. Trend:
30 ildir, biz bu günü səbirsizliklə gözləmişik.
Bunu Trend-ə açıqlamasında Laçın rayonu Qarakeşli kənd sakini Məmmədov Xanlar deyib.
Onun sözlərinə görə, bir laçınlı olaraq bu gün laçınlıların bir qrupunu doğma yurdumuza yola salırıq. Böyük qürur hissi keçiririk.
"30 ildir, biz bu günü səbirsizliklə gözləmişik. Böyük qayıdışın mərhələli günləri yaşayırıq. O günlərdən biri də bu gündür", - deyə o qeyd edib.
Laçın sakini deyib ki, bu gün köçən laçınlılara uğurlar arzulayır. İnşallah biz də Laçına dönəcəyik, necə deyərlər "Onların sağ əli bizim başımıza olsun".
Xatırladaq ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb: daha 13 ailə - 44 nəfər doğma yurda dönüşün sevincini yaşayıb.