Bakı. Trend:
İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.