...

Reseptlərlə bağlı qadağa problem yarada bilər - Rəşad Mahmudov

Cəmiyyət Materials 14 İyul 2023 12:06 (UTC +04:00)
Reseptlərlə bağlı qadağa problem yarada bilər - Rəşad Mahmudov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qanun layihəsinə təklif edilən dəyişiklikdə reseptlərdə ticarət adına qoyulacaq qadağa narahatvericidir.

Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zaman bildirib.

O qeyd edib ki, dünyanın 95 faiz ölkəsində belə qadağa yoxdur. “Dərmanın ticarət adının reseptlərdə yazılmasını qadağan etməklə həkim və firma arasaında əməkdaşlığın qarşısını almaq istəyiriksə, tərkibi yazılanda firmalarla apteklər arasında əməkdaşlıq yaranacaq”, - deyə o qeyd edib.

O qeyd edib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdə öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar. Deputat vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var. “Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”, - deyə deputat bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə R.Mahmudova cavab olaraq bildirib ki, qanun layihəsinin hazırlanması üzərində ciddi iş gedib, bu sahədə olan bütün mütəxəssislərin iştirakı ilə hazırlanıb. “İkinci oxunuşda da Rəşad müəllim eyni təkliflə çıxış edib. “Müzakirələr zamanı Rəşad müəllimin bu təklifi qəbul edilməyib. Qanun layihəsinin hazırlanmasında dünya təcrübəsi nəzərə alınıb. Qanun layihəsində təklif edilir ki, dərman vasitələrinin üzərində əmtəə nişanı yox, tərkibi göstərilsin. Bütün dərman vasitələrinin üzərində tərkibi qeyd edilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti