...

Nikaha daxil olan şəxslərin psixoloji testdən keçirilməsi təklif olunur

Cəmiyyət Materials 19 İyul 2023 11:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir.

Trend-in məlumatına görə, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Biz nikahın xitamı ilə bağlı təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir.

Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, - deyə B.Muradova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti