Bakı. Trend:
Hələlik məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur.
Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
Sədr bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı bir təklif verib.
“Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda ictimaiyyətə müvafiq bir məlumat bildiriləcək", - deyə B.Muradova əlavə edib.