...

Silsilə oğurluq edən keçmiş məhkum tutuldu

Cəmiyyət Materials 24 İyul 2023 11:53 (UTC +04:00)
Silsilə oğurluq edən keçmiş məhkum tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda silsilə oğurluq edən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Çiçək və Hökməli qəsəbələrində 2 evdən 2600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Şahin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti