...

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlandı

Cəmiyyət Materials 9 Avqust 2023 10:57 (UTC +04:00)
Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda evdən külli miqdarda oğurluq olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti